news Image
2014.06.11
13:12
| A A A
Səbail rayonunda dahi sənətkar Rəşid Behbudovun xatirə gecəsi keçirildi

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında unudulmaz, sənətkar, görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə gecəsi keçirilmişdir. Sənətkarın adını daşıyan 2 saylı Onbirillik musiqi məktəbinin şagirdləri öz çıxışları ilə dahi müğənnini yad etmişlər.


Konserti məktəbin xalq çalğı alətləri orkestrinin şagirləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Hazim Rzayevin əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil eidlmişdir.


Konsertdə məktəbin şagirdləri fortepiano, tar, kamança, skripka, fleyta, gitara alətlərində ifa etmiş, konsertdə Respublika müsabiqələri laureatları və diplomantları, Prezident təqaüdçüsü, həmçinin məktəbin skripkaçalanlar ansamblı iştirak etmişlər. Eyni zamanda 2013 " Uşaq Euravision " mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Kərimovun vokal və instrumental ifası təqdim edilmişdir.


Konsertin sonunda məkltəbin məzunu gənc vokalçı Sadıq Məlikovun ifasında ölməz sənətkar Rəşid Behbudovun repertuarından təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla dinlənilmişdir.


Daha sonra məktəbin direktoru, əməkdar İncəsənət işçisi Qəmər Quliyeva çıxış edərək bütün iştirakçılarını salamlamış, konsertdə iştirak edən bütün şagirdlərin və onların yetişməsində rolu olan bütün müəllimlərin əməyini xüsusilə vurğulamışdır O, dahi sənətkar Rəşid Behbudovun yaradıcısı olduğu Dövlət Mahnı Teatrının rəhbərliyinə məktəbin kollektivi adından böyük təşəkkürünü bildirərək qeyd etmişdir ki, hər il iyunun 9-da görkəmli müğənni Rəşid Behbudovun xatirə günü onun adını daşıyan musiqi məktəbinin şagirdlərinə rəhbərlik tərəfindən böyuk imkan yadadılır və şagirdlərimiz öz ifaları ilə təkrarolunmaz sənətkarı layiqincə yad edirlər.


Sonda Rəşid Behbudovun ifasında "Azərbaycan" mahnısı səsləndirildi və zalda əyləşən bütün qonaqlar ayağa qalxaraq musiqi sədaları altında unudulmaz sənətkarın xatirəsini yad etdilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs