Əlaqə Arxiv
news Image
2014.06.11
16:36
| A A A
Namiq Həsənov: “Biz avtobus görəndə sevinməliyik”
Nazirlik rəsmisi bildirib ki, avtobus dayanacaqlara 2 dəqiqədən bir gələ bilməz

"Biz avtobus görəndə sevinməliyik". 


Movqe.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. 


O bildirib ki, təəssüf ki, bizim vətəndaşlar avtobusu metro kimi görürlər: "Avtobus dayanacaqlara 2 dəqiqədən bir gələ bilməz. Mən özüm dünyanın inkişaf etmiş ölkələrində olmuşam. Böyük şəhərlərdə bəzən 45 dəqiqə avtobus gözləmişəm. Orada avtobuslar vaxtında gəlir. Düzdür bizdə avtobuslar hər zaman vaxtında gəlmir. Bu da paytaxtda təmir-tikinti işləri ilə əlaqədardır. Vətəndaş evdən çıxan kimi avtobus gəlməlidir prinsipi düzgün yanaşma deyil. Əslində biz avtobus görəndə sevinməliyik. Avtobus daşımaçlığı belə olmalıdır". 


Nazirlik rəsmisi həmçinin bildirib ki, avtobusların intervalının çox az olması sonda qəza və tıxaclara səbəb ola bilər: "Ona görə də mən hesab edirəm ki, avtobusların sayı azalsa daha yaxşı olar. Bakıda neçə milyon insan yaşayır. Onların hamısını 2500 avtobusla daşıyıb qurtarmaq mümkün deyil. Alternativ nəqliyyatlardan da istifadə olunmalıdır". 


Sizin Reklam Yeriniz