news Image
2014.06.11
17:22
| A A A
Bakıda sərnişindaşımanın təhlükəsizlik səviyyəsi artırılacaq

Avtobus sürücülərinin gediş haqqına görə yığımlar və gəlirlərin verilməsi üzrə planlı sistemdən imtina etməsi Bakının avtomobil yollarında qayda pozuntularının azalmasına və sərnişindaşımada təhlükəsizliyin artmasına gətirib çıxaracaq. Movqe.az-ın məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, Bakı avtobuslarında gediş haqqının nağdsız ödənişinə tam keçid yığımlar və gəlirlərin verilməsi üzrə planlı sistemdən imtina edilməsini və avtobus sürücülərinə əməkhaqqının ödənilməsi sisteminə keçidi zəruri edəcək: "Marşrut sahibləri və avtobus sürücüləri gediş haqqının kartla ödənilməsi sisteminin yekun tətbiqindən sonra öz aralarında müqavilələr bağlayacaqlar. Əgər avtobus sürücüsünün iş zamanı əlinə pul gəlməsə, o, marşrut sahibi qarşısında fikasiya edilmiş əmək haqqının tətbiq edilməsi məsələsini qaldırmağa məcbur olacaq".

N.Həsənov qeyd edib ki, hazırda planın olması sürücüləri tələsməyə və hərəkət sürətini artırmağa məcbur edir ki, bu da bəzən yol hərəkəti qaydalarının pozulmasına, yekunda isə yol-nəqliyyat hadisəsinə səbəb olur: "Nəticədə sərnişinlərin həyatı təhlükə altına düşür. Gediş haqqının nağdsız ödənişi sistemi tətbiq edildikdən sonra yol hərəkəti qaydalarını pozmağa gərək qalmır, çünki sürücü sərnişinin gediş haqqını ödəməsi prosesində iştirak etməyəcək".

O deyib ki, bu, avtobusların hərəkət qrafikinə müsbət təsir edəcək və sürücülər marşrutdan yayınmayacaqlar: "Gediş haqqının nağdsız ödəniş sisteminə keçid marşrut sahiblərinə də sərf edir, çünki bu, onlara vəsaiti vasitəçisiz (yəni sürücüsüz) almağa imkan verəcək. Buna uyğun olaraq, bazarda avtobus sürücülərinə əməkhaqqı verməyi və sərnişindaşımanın yüksək keyfiyyətini təmin edə biləcək sahibkarlar qalacaqlar".

N.Həsənov əlavə edib ki, nazirliyin əməkdaşlarının reydləri sərnişindaşımanın keyfiyyətinin artırılmasına xeyli töhfə verir: "Avtobus sürücülərində rast gəlinən ən çox qanun pozuntuları arasında sürücülük vəsiqəsinin olmaması, onlar tərəfindən üçüncü şəxslərin avtobusları idarə etməsinə şəraitin yaradılması və s.-dir. Hazırda bu sahədə vəziyyət xeyli yaxşılaşıb, lakin pozuntu faktları mütəmadi olaraq qeydə alınır. Bununla belə, məsuliyyəti sürücü və marşrut sahibi daşıyır".

Nazirlik rəsmis bildirib ki, əvvəllər Bakıda daşıyıcıların sayı təqribən 210 idisə, hazırda onların sayı 30-dan artıqdır ki, bu da ölkədə sərnişindaşımanın keyfiyyətinin artırılması üzrə fəal işlərin aparılması və marşrutlardan bu keyfiyyəti təmin edə bilməyən daşıyıcıların uzaqlaşdırılmasıdır: "Yaxın vaxtlarda Bakıda sərnişin avtobusu sürücülərinin vahid formasının rəngi məsələsi üzrə yekun qərar qəbul etmək planlaşdırılır".

Bəzi marşrutlarda avtobusların hərəkətində böyük intervallara gəlincə, N.Həsənov vurğulayıb ki, bu, bəzən Bakıda təmir və tikinti işləri ilə əlaqədardır, bəzən isə bu və ya digər marşrutda avtobus sayının kifayət qədər olmaması ilə bağlıdır: "Sərnişindaşımanı özəl şirkətlər həyata keçirir və belə halların aradan qaldırılması üçün daşıyıcılarla fəal iş aparılır. Nəticədə onların sayı azalıb. Bununla belə, daşıma prosesini rasional qaydada təşkil edə bilən və marşrutu kifayət qədər avtobusla təmin edə bilən sahibkarlara üstünlük verilir".

Bakı Şəhər İcra Hakimiyyəti yanında "BakuBus" MMC-nin (iştirak payı dövlətə məxsus olacaq) yaradılması məsələsinə gəlincə, N.Həsənov bildirib ki, digərləri ilə yanaşı, bu şirkət də müəyyən marşrutlar üzrə və Nəqliyyat Nazirliyinin verdiyi lisenziya əsasında sərnişin daşımalarını həyata keçirəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs