Əlaqə Arxiv
news Image
2014.06.11
18:47
| A A A
Çökən banklarla bağlı açıqlama
Mərkəzi Bank bank sistemində depozitlərin həcminin azalması və zərərlə işləyən bankların sayının artması ilə əlaqədar son dövrlər kütləvi informasiya vasitələrində yayılan məlumatlara reaksiya verib. 

Mərkəzi Bankın Kommunikasiya departamentindən ANS PRESS-ə verilən məlumata görə, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir. 

Bu ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımayıb və may ayında bankların depozitlərinin həcmi bərpa olunub, aprel ayındakı azalmanı üstələyib. 

Bütövlükdə isə, son on ildə depozitlərin həcmi orta illik 40%, 2013-cü ildə 25%, bu ilin beş ayında 5% artıb.
Zərərlə işləyən bankların sayının artımı isə, bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olub. Bu bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin nəticəsidir.

Bir daha bildiririk ki, bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır.
Sizin Reklam Yeriniz