news Image
2014.06.11
18:35
| A A A
TQDK "Facebook" istifadəçilərinə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Facebook" sosial şəbəkəsinin istifadəçilərinə müraciət edib.

Trend komissiyanin rəsmi saytına istinadən bildirir ki, aparılan araşdırmalar zamanı "Facebook" sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərildiyi məlum olub. Həmin səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də komissiyanın fəaliyyətinə dair təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir: "Nəzərinizə çatdırırıq ki, TQDK-nın bundan başqa heç bir rəsmi "Facebook" səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta "Facebook" səhifələrindən istifadə etməyəsiniz".

TQDK həmin saxta səhifələrin bir çoxunun adlarını da təqdim edib. Onlar belə adlanır:

1. TQDK sualları

2. TQDK tipli suallar

3. TQDK və magistratura

4. Araz, Zirvə, Hədəf və TQDK sualları

5. Test tapşırıqları - TQDK

6. Təhsil TQDK

7. TQDK və abituriyent

8. TQDK kitabları

9. TQDK tarix

10. Məntiq və TQDK

11. TQDK Azərbaycan

12. TQDK 2014 və 2015

13. TQDK - Bilik qiymətləndirilir

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs