news Image
2014.06.11
22:04
| A A A
Bulvarda WİFİ problemi həll olundu

Dənizkənarı Milli Parkın ərazisində yerləşən istirahət obyektləri WİFİ şəbəkəsinə ödənişsiz çıxışla təmin olunub. Hər kəs internetdən ödənişsiz istifadə edə biləcək. 



ANS TV-nin məlumatına görə, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində başlayan işlər artıq öz nəticəsini verib. Hazırda Milli Parkdakı əksər istirahət məkanlarında internetə qoşulmaq mümkündür. Bunu təmin etmək üçün Azərbaycanın internet xidmətlərinin tədarükçüləri tərəfindən Milli Parkın 9 müxtəlif nöqtəsində zəruri avadanlıq quraşdırılıb.


Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov hazırda parkın bütün ərazisinin WİFİ şəbəkəsi ilə təmin olunması istiqamətində işlərin aparılıdığını deyib. 


WİFİ kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud internetə qoşulması üçün müasir simsiz texnologiyadır. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Məhz bu texnologiya vasitəsilə internet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs