news Image
2014.06.12
10:42
| A A A
Bu axşam "bərat" gecəsidir

Alimlər deyirlər ki, bu gecə bir ilin hesabat gecəsidir

Şaban ayının 15-ci gecəsi, yəni bu il üçün iyunun 12-dən 13-nə keçən gecə "bərat" gecəsidir. 


"Bərat" sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə bu gecəyə xas olan "günahlarımıza görə bəraət qazanmaq", "istiğfar olunmaq", "bağışlanmaq" kimi qəbul edilir.


Alimlər deyirlər ki, bu gecə bir ilin hesabat gecəsidir, yəni bir il ərzində hər bir canlının əməlləri hesablanır, yazılır, qeydə alınır və qarşıdakı bir il ərzində onun başına nələr gələcəksə, nələr qazanıb, nələr itirəcəksə, hamısı lövhi-məfhuzdan (Allah-Təala qatındakı gizli lövhədən) alınıb mələklərin icraatına verilir.


Hələ qədimdən bəri möminlər bu gecəni özləri üçün hesabat məqamı biliblər. Gündüzünü orucla, gecəsini ibadətlə keçirdikləri bərat gecəsində olub-keçmişləri göz önündən keçirib, xatırladıqları günahları üçün tövbə ediblər, Allah-Təaladan əfv diləyiblər, hansı bəndənin də haqqını tapdayıblarsa, ondan halallıq istəyiblər.


Həzrəti Məhəmməd (s.ə.s.) bir hədisi-şərifində bərat gecəsi haqqında belə buyurmuşdur: "Şaban ayının yarısı olanda gecəni ibadətlə, gündüzü orucla keçirin. Çünki Allah-Təalanın bəxş etdiyi feyzin sonu yoxdurв".


Dinimizin xoş gördüyü hər əlamətdar gün, saat bizim üçün misilsiz fürsətdir. Bu qədər ağrılarımız, yaralarımız varkən, demək, duaya, Allaha yalvarmağa da ehtiyacımız çox böyükdür.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs