news Image
2012.04.07
02:37
| A A A
İndi də yeraltı çaylar Bakı üçün təhlükə yaradır
Zemfira Budaqova: “Yeraltı çayların axması Bakı üçün təhlükəlidir” Vaqif Behbudoğlu: “Bakı ərazisində yeraltı sular yoxdur”

Paytaxt Bakının ərazisindənyeraltı çaylar axmasına dair dəfələrlə məlumatlarsəsləndirilib. İndi belə fikirlər səslənir ki, həmin çayların həcmi yağış qar sularının yerə hopması nəticəsində daha gursulu olublar. Bu da şəhər üçün istər-istəməz təhlükə mənbəyidir. Yayılan məlumatlardan o da məlum olur ki, paytaxtdakı yeraltı çaylardan biri Yasamal rayonu ərazisindən "Nizami" metrosu istiqamətində, oradan Füzuli küçəsi ilə Xəzər dənizinə axır.

Qeyd olunduğu kimi isə son günlər ölkə, o cümlədən Bakı güclü yağış qarın yağmasının şahidi oldu. Həmin yağıntıların gətirdiyi su isə yerin təkinə axır. Nəticədə qrunt suları qalxır, həmçinin yeraltı çaylarda su çoxalır, yəni gursululuq yaranır. Digər tərəfdən Bakının bir sıra mərkəzi yerlərini çoxmərtəbəlibinalar bürüyüb. Halbuki şəhərin mərkəzində çoxmərtəbəlibinaların tikintisi qadağan olunub. Lakin Bakı Şəhər İcra Hakimiyyəti bu qadağanı hələlik təsdiqləməyib. Ona görə çoxmərtəbəlibinaların tikintisi davam edir. Bu isə torpağa əlavə ağırlıq gətirir. Deməli, şəhərin torpaq qatı həm çoxmərtəbəlibinalar vasitəsilə yer üstündən təzyiqlərə məruz qalır. Belədə isə torpaq sürüşməsi təhlükəsi daha da artır. Yeraltı çayların paytaxt üçün kimi təhlükələr yarada biləcəyiniekspertlərlə dəyərləndirdik.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova bildirdi ki, torpaq sürüşmələrində qrunt suları ilə yanaşı yeraltı çayların da rolu vardır. Amma digər amillərlə qarışdıqdabu təhlükə daha real olur: "Mən bu məsələni dəfələrlə gündəmə gətirmişəm. Bakı şəhəri, Qız Qalası əvvəldən suyun içində olub. Bildiyimizkimi, Araz, Kür Volqa çayları Xəzərə tökülür. Bir tərəfdən şəhərin altından yeraltı çaylar keçərək onlar da Xəzərə axır. Yeraltı suların çox olmasına görə əslində Xəzər dənizi Yer kürəsinin hövzəsi sayılır. Ona görə Xəzərin hövzəsi qalxanda, Yer kürəsində suyun səviyyəsi qalxır. Həqiqətən burada yeraltı sular çoxdur. Hətta şimal dağlarınınaltı ilə gedən çaylar da Novxanı vasitəsilə Xəzərə tökülür. Ona görə həmin yerlərdə uşaqlar ən dayaz yerlərdə çiməndə belə, bir görürsən yoxa çıxır, çünki su onları dartıb aparır. Qrunt suları ilə yeraltı sular qarışanda, bir yandan da yağış qarın əriməsindən əmələ gəlməsindənsuyun yerin dibinə çökməsilə torpaq sürüşmələribaş verir. Yeraltı çayların axması Bakı üçün təhlükəlidir. Xüsusən çoxmərtəbəlibinaların tikildiyi ərazilərdəbu təhlükə daha realdır. Ona görə şəhərdə çoxmərtəbəli binaların tikintisinəyol verilməməlidir. Təəssüf ki, buna əməl olunmur. Şəhidlər Xiyabanındakı, Sahil metrostansiyası yanındakı, habelə Təzə avtovağzal tərəfdəki hündür binalar təhlükəlidir. Çünki ərazidən yeraltı sular keçdiyindən həmin binaların ağırlığı torpağın həm aşağı həm yuxarı qatdan təzyiqlərəməruz qalmasına gətirib çıxarır. Belədə son nəticədə torpaq sürüşmələribaş verə bilər. Əslində hündür binalar qayalıq yerlərdə tikilirdirki, yeraltı çayların təzyiqinə məruz qala bilməsin".

Digər ekspert Vaqif Behbudoğlu isə Bakı ərazisindən yeraltı çayların keçmədiyini bildirdi: "Bakı ərazisindəyeraltı sular yoxdur. Yeraltı sular ancaq Xaçmaz Lənkəran zonasındadır. Ona görə Bakıda yeraltı sularla bağlı hər hansı bir təhlükə gözlənilmir. Paytaxtda yalnız qrunt suları vardır ki, onun da şəhərdə sürüşmə hallarının baş verməsində rolu böyükdür. Yeraltı sular Sumqayıt ərazisindən Rusiya sərhədlərinə Masallıdan Astaraya qədər uzanır. Bakı isə belə bir təhlükədən uzaqdır".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs