news Image
2014.06.12
11:15
| A A A
Bakıdakı taksilərində yeni xidmətlər həyata keçiriləcək

Bakıda fəaliyyət göstərən taksilərə ciddi dəyişikliklər tətbiq olunacaq. Bu yeniliyi "Baku Taxi" MMC (Bakıya "London taksiləri"ni gətirən şirkət) həyata keçirəcək. Bu haqda "APA-Economics"ə "Baku Taxi" MMC-nin maliyyə direktoru Vüqar İbrahimov məlumat verib.


O, bildirib ki, taksilərdə müasir informasiya texnologiyaları ilə bağlı yeni xidmətlər həyata keçiriləcək.

 

"Bu xidməti "Baku Taxi" MMC həyata keçirəcək, amma ondan istənilən sərnişin istifadə edə biləcək. Məsələn, sərnişin taksini izləyə, istənilən informasiyanı əldə edə biləcək. Bundan başqa, sürücü ilə sərnişin arasında gizlilik qorunacaq, taksi sürücüsü sərnişinin telefon nömrəsini bilməyəcək, yəni onu narahat etməyəcək. Bu yenilik üçün Bakı şəhərinin müasir xəritəsindən istifadə olunacaq. Müştərini dəqiq ünvandan götürüb, dəqiq ünvana çatdırılacaq", - deyə o qeyd edib.

 

Şirkət nümayəndəsinin sözlərinə görə, hazırda bununla bağlı tender keçirilir. Satınalmada Rusiya və Türkiyə, o cümlədən İsrailin Ukraynada fəaliyyət göstərən şirkəti iştirak edir.

 

Sentyabra qədər məsələ həllini tapması nəzərdə tutulub.

 

Qeyd edək ki, "Baku Taxi" MMC indiyədək ölkəyə 1 000 London taksisi gətirib. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ölkəyə tələbata uyğun olaraq taksilərin gətirilməsi planlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs