news Image
2014.06.12
12:44
| A A A
Naxçıvanda kəndin boşaldılması xəbərini yayan sakin kimdir?
Məlum olduğu kimi Azərbaycanın bəzi Kütləvi İnformasiya Vasitələri Naxçıvanda ermənilərin hücumu ilə bağlı xəbərləri Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndinin sakini Aynur Sərkərovaya istinadən vermişdi. ANS PRESS isə yerli əhali ilə əlaqə saxladıqda sakinlər bildirmişdilər ki, ermənilər kəndə heç bir hücum həyata keçirməyib. Bu mənada Aynur Sərkərovanın kim olduğu və niyə dezinformasiya yayması ilə maraqlandıq. Culfa rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndində ümumiyyətlə Aynur Sərkərova adlı sakin yaşamır. Kənddə belə bir adda adam yoxdur: "Aynur Sərkərovun kim olması ilə bağlı müvafiq yeri orqanlarla əlaqə saxladıq, araşdırdıq. Ləkətağ kəndində belə bir adam yaşamır". 
Xatırladaq ki, Azərbaycanın və Rusiyanın bəzi KİV-ləri Naxçıvanda Azərbaycan hərbçiləri ilə ermənilər arasında gedən döyüşlər barədə yayılan xəbərləri Ləkətağ kənd sakini Aynur Sərkərova adlı şəxsə istinadən xəbər vermişdi. Müdafiə Nazirliyi isə açıqlamasında bildirmişdi ki, Naxçıvanla bağlı yayılan məlumatların ölkədə sabitliyin pozulmasına hesablanıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs