news Image
2014.06.12
16:57
| A A A
Qırğız Respublikasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş mətbuat konfransı keçirib.
Konfransda Qırğızstanda fəaliyyət göstərən əsas kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Mətbuat konfransında Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Hidayət Orucov çıxış edərək bildirmişdir ki, onun Qırğızstanda il yarımlıq diplomatik fəaliyyəti dövründə ilk mətbuat konfransıdır.
Səfir Qırğız Respublikasında fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələrinə mətbuat konfransı keçirilmədən də Səfirliyin tədbirlərini kifayət qədər işıqlandırdıqları üçün təşəkkürünü bildirmişdir.
Məlumat vermişdir ki, Azərbaycan öz müstəqilliyini 18 oktyabr 1991-ci ildə bərpa etmişdir. Lakin, müstəqilliyin ilk illərində ölkədə hakimiyyətin krizisə uğradığı müşaidə olunurdu və Ermənistanın işğalçılıq təcavüzü getdikcə güclənirdi.
1993-cü ilin iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmən ilin oktyabr ayının 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan Respublikası Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz dərhal çıxarılması ilə bağlı dörd Qətnamə qəbul etmişdir.
Təəsüf ki , bu günədək belə böyük beynəlxalq təşkilatın qərarı Ermənistan tərəfindən icra olunmur.
Heydər Əliyev türkdilli ölkələrlə qardaşlıq münasibətlərinin yaranması üçün hədsiz işlər görüb və türk dünyasının ən çox sayılıb-seçilən şəxslərindəndir.
Mərkəzi Asiya və Qırğızstanla qarşılılıqlı sıx əməkdaşlığın inkişafı Heydər Əliyevin xarici siyasətinin prioritet hissərindən biri idi.
Heydər Əliyev deyirdi ki: "Bizim xalqlarımız qardaşdır və "Manas" dastanı bizim ümumi dildə yazılıb".
Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində ardıcıl addımlar atılmışdır. Dünyanın müxtəlif qitələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək, onların dil, əqidə və əməl birliyini möhkəmləndirmək məqsədilə çox gərəkli tədbirlər keçirilmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci ildə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirilmişdir və orda 36 ölkədən 540 soydaşımız iştirak etmişdir.
Bu ilin may ayında Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi "Heydər Əliyev - həmişə zamandan irəli" adlı kitabın təqdimat mərasimin keçirmişdir. Bu kitabda Heydər Əliyevin 90 illiyi yubileyinə həsr olunmuş eyni adlı Beynəlxalq konfransın və Ümummilli Liderin anım günü ilə bağlı keçirilmiş "Dairəvi masa"nın materialları toplanmışdır. Hər iki tədbir də 2013-cü ilin aprel-may aylarında qardaş Qırğız torpağında keçirilmişdir.
Qeyd edilən Beynəlxalq konfrans və "Dəyirmi masa" onu göstərir ki, Heydər Əliyevin həyat və fəaliyyəti görkəmli Dövlət xadimi və siyasətçi kimi dünya miqyasında tanınır, hörmət edilir və yüksək qiymətləndirilir, həm MDB ölkələrində, Mərkəzi Asiyada və Qırğızstanda, eləcə də bütün dünyada.
Artıq bir ildən çoxdur ki Qırğızstanda işdəyirəm və öz şəxsi müşaidəmin nəticəsi olaraq əminliklə deyə bilərəm ki, Qırğız Respublikası demokratik, hüquqi və dünyəvi Dövlətin qurulmasında düzgün milli siyasət aparır.
Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikası Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin rəhbərlikləri ilə ölkələrimiz arasında əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri genişlənib, dərinləşib və möhkəmləşib, bu da ikitərəfli və hökumətlərarası əməklaşlığın dinamik inkişafına əlavə güc verir.
Sonra Səfir jurnalistlərin çoxsaylı suallarını cavablandırmışdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs