Əlaqə Arxiv
news Image
2014.06.12
19:26
| A A A
Prezident hidrometereoloqlara xəbərdarlıq etdi!

Şimali Koreya lideri Kim Jong-un meteorologiya səlahiyyətlilərini danlayıb

Movqe.Az xəbər verir ki, Şimali Koreya Dövlət Başçısı Kim Jong-un Meteorologiya Dairəsini ziyarət edərək yalnış hava təxminləri səbəbiylə vəzifəliləri danlayıb.

 Rodong Sinmun qəzetinin xəbərinə görə Kim, vaxtaşrı  müxtəlif təşkilatlara etdiyi "rəhbərlik ziyarətləri" çərçivəsində Meteorologiya Dairəsinə gedib.

 Səlahiyyətliləri hava vəziyyətini "çoxu vaxt səhv təxmin etdikləri üçün" xəbərdar edən Kim, qurumun xidmətlərinin "müasir və elmi" olmadığını söyləyib.

 Şimali Koreya lideri, "xalqın can və malını, anormal hava şərtlərindən qaynaqlanacaq fəlakətlərdən qorumaq üçün yaxşı təxminlərə ehtiyac duyulduğunı" söyləyib.

Sizin Reklam Yeriniz