news Image
2014.06.12
19:09
| A A A
Gediş haqqı ucuzlaşır
Bakıda fəaliyyət göstərən London taksilərinə ciddi dəyişikliklər tətbiq olunacaq Bakıda fəaliyyət göstərən London taksilərinə ciddi dəyişikliklər tətbiq olunacaq. 

ANS TV-nin məlumatına görə, "London taksiləri"ni Bakıya gətirən şirkət bəyan edib ki, qiymətlərə dəyişiklik ediləcək və əhali üçün daha da münasib olacaq. Hazırda müştəri taksiyə minərkən 1 manat, gözləyərkən 50 qəpik ödəməlidir. Eyni zamanda taksilərdə müasir informasiya texnologiyaları ilə bağlı yeni xidmətlər də tətbiq olunacaq. Bu xidmətdən istənilən sərnişin istifadə edə biləcək.

Şirkət nümayəndəsinin sözlərinə görə, hazırda bununla bağlı tender keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs