news Image
2014.06.13
01:00
| A A A
Dünya çempionatının ilk oyunu başa çatdı-Yenilənib-Hesab-3:1

***Oyun başa çatdı. Xorvatiya əlavə olunmuş dəqiqələrdə də hesabda önə çıxa bilmədi.
90-cı dəqiqədə Oskar qol vuraraq Brazilyanı 3:1 önə çıxartdı.Bu qələbə Brazilyaya asan başa gəlmədi.Xorvatiyalı  oyunçular son dəqiqələrə qədər mübarizəni davam etdirirlər.

**** Cərimə zərbəsi qolla nəticələndi. Hesab 2:1 Brazilya hesabda önə çıxdı.Neymar 71-ci dəqiqədə penaltidən komandasının və özünün ikinci qolunu vurdu.
***70-ci dəqiqə Xorvatiyanın qapısına cərimə zərbəsi

****29-cu dəqiqədə Neymar Braziliyanın bərabərlik qolunu vurdu

***11-ci dəqiqədə Marselo avtoqol sahibi olub. Xorvatiya hesabda 1-0 önə keçir.


Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi dünya çempionatına start verilib. Movqe.az xəbər verir ki,4 ildən bir keçirilən bu mundiala hamı tərəfindən böyük maraq var. Baxmayaraq ki, hazırda Braziliyada iqtisadi çətinliklərə görə nümayiş və aksiyalar keçirilir, ancaq bütün bunlar da mundialın gözəlliyinə xələl gətirə bilməyəcək. Mundialın açılış oyunu isə meydan sahibləri ilə Xorvatiya yığması arasında keçirilir. Pentakampeonlar bəlkə də qrupda ən çətin rəqibi ilə qarşılaşıb. Ona görə də Braziliyanın ilk görüşündə xal itirmək təhlükəsi heç də az deyil.

Bu möhtəşəm oyun San Paulo şəhərində "Korintiyans Arena"da keçirilir və matçı yaponiyalı baş hakim Niutşi Nişimura idarə edir.

Komandaların start heyətləri belədir:

Braziliya: Julio Sezar, Dani Alveş, Tiyaqo Silva, David Luiz, Marselo, Halk, Neymar, Fred,Oskar, Paulinyo

Xorvatiya: Pletikoşa, Darius Srna,Çarluka, Levron, Vraslko, Perişiç,İvan Rakitiç, Luka Modriç, Brozoviç, OLiç, Yelaviç

*****

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs