Əlaqə Arxiv
news Image
2014.06.13
11:28
| A A A
Avtomobillərdə benzin qazla əvəz olunacaq
İlham Şaban: «Qazla çalışan avtomobillərdən istifadə bir neçə cəhətdən effektlidir» Azər Allahverənov: «Bu, ölkəyə idxal olunan nəqliyyat vasitələri arasında qazla işləyən maşınların sayında artıma gətirib çıxaracaq»

Yayılaan məlumatlara görə, 2015-ci ilə qədər  Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında qazdoldurma stansiyaları yaradılacaq. O da bildirilir ki, qazdoldurma stansiyalarının yaradılması prosesi layihələndirmə mərhələsindədir və stansiyalar 2015-ci ilin sonuna Bakıda fəaliyyətə başlayacaq. Şəhərdə  təqribən 15 qazdoldurma stansiyası olacaq. 

Qeyd edək ki, bu stansiyalarda avtomobillər sıxılmış təbii qazla (CNG) doldurulacaq. Sıxılmış təbii qaz benzin, dizel yanacağı və propanın əvəzinə mühərrik yanacağı qismində istifadə edilir və ənənəvi yancaqdan ucuzdur. Belə olan halda stansiyaların tikintisindən sonra ölkədə qazla işləyən avtomobillərin çoxalacağı gözlənilir. 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Movqe.az-a məsələ ilə bağlı münasibət bildirib. Onun sözlərinə görə, bu addım neft məhsullarının daha rasional şəkildə istifadəsi ilə əlaqədar atılıb: "Dövlət Neft Şirkəti bunu hökümətə bir təklif kimi verib. Bu təklif ölkədə neft məhsullarının daha rasional şəkildə istifadəsi ilə əlaqədar paketin bir hissəsidir. Bunun əsasında da o durur ki, Dövlət Neft Şirkətində hesab edirdilər ki, ölkədə avtomobillərin sayı yenə artacaq. İndi də ölkədə kifayət qədər çox sayda avtomobil varsa da, yenə də artım olacaq. Hal-hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma işləri stabilləşdirməyə imkan verəcək, ancaq Qaradağdakı yeni Neft Emalı Zavodu hələ 10 ildən sonra ərsəyə gələcək. Bu müddətdə daxili bazarda neft məhsullarına olan stabilliyi saxlamaq üçün əlavə tədbirlər planı lazımdır. Bu planın bir qismi ondan ibarətdir ki, daxili bazarda bir sıra tədbirlər görülsün. Bu tədbirlərdən bir də odur ki, ictimai nəqliyyat və kommersiya nəqliyyatı daha qənaətcil yanacaq növünə, maye qaza keçirilsin. 90-cı illərdə bu yanacaq "balon qazı" adlandırılır, avtobusların üstündə, eyni zamanda minik avtomobillərində də istifadə olunurdu. Lakin sonradan  Bakıda və rayonlarda bir neçə dəfə partlayış olduğuna görə, hökümət bunu qadağan elədi. Ancaq nəzərə almaq lazımdır ki, o vaxt bu vasitələr kustar yolla hazırlanırdı. Texnki təhlükəsziliə əməl olunmadığına görə, belə hallar yaşanırdı. İndi isə vəziyyət dəyişib. Türkiyədə, Rusiyada, Avropada və s. qazla işləyən avtomobillərdən istifadə olunur". 

İlham Şaban bildirib ki, qazla çalışan avtomobillərdən istifadə bir neçə cəhətdən effektlidir: "Birincisi, ekoloji baxımdan meqopolis  şəhərlərdə vəziyyətin  yaşxılaşdırılması üçün effektli olar. İkinci tərəfdən, bu, sosial layihə ola bilər. Bu gün vaxtaşırı sərnişindaşımada qiymətlərin yüksəlməsinin şahidi oluruq.  Onlar maye qazla istifadəyə keçsələr, bu qiymətlərə də mütləq təsir edəcək. Bu, multieffekti olan bir şeydir. Çünki bu addım həm də dizel sərfiyyatının azalmasına da səbəb olacaq. Nəticədə Dövlət Neft Şirkəti bundan istifadə edib məhsulunu xarici bazara da çıxaracaq. Daha yüksək qiymətə satmaqla ordan əlavə qazanc əldə edə bilər". 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da hesab edir ki, atılacaq addım ölkədə qazla çalışan avtomobillərin sayını artıracaq:  "Bu gün bir sıra yanacaqdoldurma məntəqələrində qazladoldurma nöqtələri olsa da, bu, azlıq təşkil edir. Əgər hökümətin qərarı ilə, 2015-ci ilə kimi ölkədə yeni qazdoldurma satnsiyaları salınacaqsa, bu, maye qazdan istifadə edən avtomobillərin sayını artıracaq. Əvvəllər bunlar ictimai nəqliyyatda da istifadə edilirdi. Amma sonradan müəyyən qadağalar qüvvəyə mindi və nəticə etibarilə ictimai nəqliyyatdan qaz balonları yığışdırıldı. O baxımdan ictimai nəqliyyatda istifadə edilməsə də, düşünürəm ki, əgər hökümət belə plan hazırlayıbsa ki, 2015-ci il üçün ölkədə qazdoldurma stansiyaları tikiləcək, bu, ölkəyə idxal olunan nəqliyyat  vasitələri arasında qazla işləyən maşınların sayında artıma gətirib çıxaracaq. Nəticə etibarilə də biz maşın bazarında qazla işləyən nəqliyyat vasitələrinin çoxaldığının şahidi olacağıq". 


Sizin Reklam Yeriniz