news Image
2014.06.13
11:35
| A A A
Bu il ərzində Azərbaycanda 500-ə yaxın insan qidadan zəhərlənib

Ötən ay Azərbaycanda əhali arasında baş verən qida zəhərlənmələrinin statistikası açıqlanıb.


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu ilin may ayı ərzində Azərbaycanda əhali arasında 99 qida zəhərlənməsi hadisəsi baş verib. Onun sözlərinə görə, zəhərlənmə nəticəsində 108 nəfər zərər çəkib. İ.Abdullayev qeyd edib ki, ötən ay botulizmdən zəhərlənmə qeydə alınmayıb.

 

Ümumilikdə bu ilin ilk 5 ayı ərzində Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin statistik göstəricilərinə gəlincə, İ.Abdullayev qeyd edib ki, ötən müddətdə əhali arasında 395 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 439 nəfər zərər çəkib. Onun sözlərinə görə, ötən 5 ay ərzində 13 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 19 nəfər zərər çəkib. Bu müddət ərzində qida zəhərlənməsindən ölüm halı yalnız aprel ayında Ağcabədi rayonunda qeydə alınıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs