news Image
2014.06.13
14:50
| A A A
Bakının parklanma strategiyası hazırlanıb

Paytaxtda 71 parklanma ərazisinin tikintisi nəzərdə tutulub

Nəqliyyat Nazirliyi Bakı şəhərinin parklanma strategiyasını hazırlayıb. Sənəddə bu sahədə olan problemlərin həlli yolları əks olunub.

 

"APA-Economics"in məlumatına görə, bu haqda "II Xəzər Beynəlxalq Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları" konfransında Nəqliyyat Nazirliyi Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin sektor müdiri Heydər Turabov qeyd edib.

 

Onun sözlərinə görə, strategiya Bakıda 71 parkinq ərazisinin tikintisini nəzərdə tutur.

 

H. Turabov bildirib ki, proqramda paytaxt üç parkinq zonasına bölünüb və zona üçün parklanmanın növləri, yerləri müəyyənləşdirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs