news Image
2014.06.13
15:04
| A A A
Azərbaycanda anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sayı artır- SOS
Rəşad Mahmudov: "1 günlük uşaqlar üzərində aparılan əməliyyatların sayı günü-gündən artır"

Son illər Azərbaycanda 1 günlük uşaqlar üzərində aparılan əməliyyatların sayı günü-gündən artır. Movqe.az xəbər verir ki, bu sözləri jurnalistlərə bu gün  Mərkəzi Neftçilər Xəstəxanasında təşkil olunmuş tədbirdə tibb müəssisəsinin Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov deyib.  R. Mahmudov bildirib ki,  artıq Azərbaycanda 1 günlük uşaqlar üzərində ürək əməliyyatlarının sayı gündən-günə artır. Kardiocərrah deyib ki, buna baxmayaraq hər anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşağın erkən yaşda əməliyyat olmasına ehtiyac duyulmur.  Onun sözlərinə görə, ölkədə anadangəlmə ürək qüsurlu uşaqların sayı gündən-günə artır: "Amma bunun səbəbləri dəqiq məlum deyil. Məncə, ölkədə son illərdə səhiyyənin inkişafı və maddi-texniki bazanın yüksəlməsi, kadr potensialının artması ilə yanaşı bu xəstəliklərin diaqnozunun vaxtında qoyulması statistik olaraq problemlərin ortaya çıxmasını artırmaqdadır. 20 il əvvəl sadəcə ölkəmizdə deyil, dünyada da bu xəstəliyin müalicəsinin təşkilində çətinliklər vardı. Amma son illər dünyada olan yeniliklər, tibdə olan inkişaf, eləcə də bunların bərabər səviyyədə ölkəmizdə təşkili bu xəstəliklərin daha çox görünməsinə və bu hadisələrin getdikcə daha çox qloballaşmasına imkan yaradıb". 

Mərkəz rəhbəri vurğulayıb ki, anadangəlmə ürək qüsurları artıq ana bətnində ikən aşkarlanır. Onun sözlərinə görə, ölkədə perinatal diaqnostikanın gündən-günə inkişafı, hamilə qadınların sadəcə, ultrasonoqrafiya, exo-kardioqrafiya olunması ilə ailələrin uzun illər sonra xəbər tuta biləcəyi xəstəliklərin əvvəlcədən aşkarlanmasına şərait yaradır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs