Əlaqə Arxiv
news Image
2014.06.13
19:28
| A A A
Rus tankları Ukraynaya daxil oldu iddiası

Ukrayna Daxili İşlər naziri Avakon, aralarında üç tankın da olduğu Rus zirehli vasitələrin torpaqlarına girdiyini, ordunun vasitələrə atəş açdığını iddia edib.


Rus İnterfax xəbər agentliyinin bildirdiyinə görə Avakov, Rusiyaya aid üç tankın da aralarında olduğu zirehli vasitələrin, Ukrayna sərhəddini keçdiyini iddia edib.


Movqe.Az xəbər verir ki, sözügedən vasitələrin ölkənin şərqində, Rusiya tərəfdarı separatçıların nəzarətində olan sərhədə yaxın yerlərdən Ukrayna torpaqlarına daxil olduğunu söyləyən Avakov, Ordu birlikləri olan vasitələrə atəş açıldığını bildirib.


 Ukraynanın şərqində Rus tərəfdarı seperatçılarla ordu arasındakı qarşıdurmalar fasilələrlə davam edir.


 Ukrayna Dövlət Başçısı Petro Poroşenko, qarşıdurmaların dərhal bitməsi lazım olduğunu söyləmiş, bunun qəbuledilməz olduğunu vurğulamışdı.


Rusiya xarici işlər naziri Sergey Lavrov da Poroşenkonun ölkəsində sabitliyi təmin etmək üçün krediti olduğunu və bunu istifadə etməsi lazım olduğunu qeyd etmişdi

Sizin Reklam Yeriniz