Əlaqə Arxiv
news Image
2014.06.13
20:37
| A A A
“İraq Şam İslam Dövləti” silahlı qruplaşması Azərbaycan və Türkiyənin dövlət rəmzlərinə qarşı təxribata yol verib

MTN-in sözçüsü: "Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur"


Bakı. Hafiz Heydərov - APA. "İraq Şam İslam Dövləti" silahlı qruplaşması Azərbaycan və Türkiyənin dövlət rəmzlərinə qarşı təxribata yol verib.

 

APA-nın məlumatına görə, silahlı qruplaşma üzvləri sosial şəbəkələrdə çağırışlar yayaraq tezliklə Azərbaycan və Türkiyə ərazisində "islam dövləti"ni quracaqlarını bəyan ediblər.

 

Onlar həmçinin Azərbaycan və Türkiyənin dövlətin xəritəsi və bayraqlarını qara fonda təqdim ediblər. Təsvir olunmuş xəritənin və bayrağın üstündə isə Məhəmməd peyğəmbərin möhürü əks olunub.

 

Möhürün üstündə ərəb dilində "Lə iləhə illəllah", möhürün içərisində isə "Muhəmmədun rəsulullah" ifadəsi yazılıb. 

 

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

 

Qeyd edək ki, İŞİD artıq İraqın Mosul və Tikrit şəhərlərini işğal edərək, paytaxt Bağdada doğru irəliləyir. 


Sizin Reklam Yeriniz