Əlaqə Arxiv
news Image
2014.06.14
10:00
| A A A
Karl Marks azərbaycanlı imiş?
Avropa yəhudilərinin çox sayda məşhur ailələri, o cümlədən Marks və Rotşild kimi dünyanın tarixində böyük rol oynamış ailələr Aşina soyundan gələn xəzər türkləridir. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə mənşəcə Polşa aristokratlarından olan Pavel Krupanın rəsmi saytında bildirilir. Polyak aristokrat öz fikirlərində əsas kimi həmin tanınmış ailələrin təmsilçilərinin Aşina türk soyu kimi Q1b/M-378 genini daşımasını göstərir. 

Genetikaya görə, yəhudilər və onların əmisi oğlanları olan ərəblər J1 geni daşımalıdırlar. Amma bir çox tanınmış Avropa yəhudilərinin əsasən Amerika hindularının daşıdığı Q1b geninə sahib olması sual doğurur. Pavel Krupa öz ailəsinin də mənsub olduğu bu genin mənbəyini Aşina soyunda görür. 

Genetiklər belə düşünür ki, Amerika hindularının da daşıdığı Q1 geni təxminən 20 min il qabaq Sibir və Ural tərəflərdə yaranıb. Daha sonra isə Berinq boğazından keçərək Amerikaya yerləşib. Türk ulusunun yaradıcısı olan Aşina soyunun da Q1 genini daşıdığı güman edilir. Genetiklərin fikrincə, Q1b genini daşıyan Aşina soyu onlara qohum olan R1b və R1a genlərini daşıyanları özlərinə tabe edib və türk ulusunu yaradıb. Zatən R1 geni də Q1 kimi eyni P geninin davamçılarıdır. Beləliklə, əsasən qırğızlarda və qazaxlarda, altay türklərində müşahidə edilən R1a genini və başqırdlarda, türkmənlərdə, türklərdə dominat olan R1b genini daşıyanlar Aşina soyunun danışdığı türk dilini qəbul ediblər. 

Aşina soyunun bir qolu olan xəzərlər 6-cı əsrdən İrandan gəlmiş yəhudi köçkünləri ilə rastlaşıblar. Bunun Azərbaycan, daha doğrusu Bakı ərazisində baş verdiyi güman edilir. Xəzərlərin ilk paytaxtları Saray və Bələncər hazırda Bakı ətrafında kiçik qəsəbələrdir. Azərbaycanın orta əsrlərdə rast gəlinən Xəzərbeycan adının da xəzərlərlə bağlı olduğu güman edilir. Hazırda Azərbaycan türklərinin 5%-ə qədərinin Q1 genini daşıması da bu ehtimalları gücləndirir. Xəzər xaqanlarından əvvəllər tanrıçı olmuş Bulan yəhudi qızı ilə evlənir və yəhudiliyi bu iri türk imperiyasının rəsmi dininə çevirir. Daha sonra bütün xəzər aristokratiyası yəhudi dininə keçir. 

6-cı əsrdə İran şahı Xosrov Ənuşirəvanla xəzərlər arasında qanlı müharibələr gedib və Xosrov Pərviz Cənubi Azərbaycanda 50 min xəzər ailəsini oturaqlaşdırıb. Ərəblər Azərbaycana girəndə Dərbənddən Həmədana kimi, o cümlədən Tiflis xəzərlərin nəzarəti altında idi. Ərəblərin güclü təzyiqi və Şimali Qafqazda Bulqar türk ulusunun çöküşü, bulqarların Balkan yarımadasına köçməsi xəzərlərin Şimali Qafqaza keçməsinə və böyük ulus yaratmasına imkan verir. 

Xəzərlər tarixə daimi muzdlu ordu yaratmış ilk imperiya kimi düşüb. Lakin hakim elitanın tanrıçılıqdan imtina edərək yəhudiliyi qəbul eləməsi şimaldan Bulqar islam dövləti, qərbdən xristian Kiyev, cənubdan isə xristian Bizans və müsəlman Ərəb xilafəti ilə müharibələrə səbəb olur. 10-cu əsrdə Rus vikinq knyazı Svyatoslav xəzərlərin paytaxtı Atili dağıdaraq Xəzər dövlətinin sonunu gətirir. Xəzər aristokartiyası isə Avropanın müxtəlif şəhərlərinə dağılaraq yəhudi icmalarına qarışır. 

Xəzər imperiyasının ata yurdu Azərbaycan olduğuna görə, ölkəmizi Marks və Rotşild kimi məşhur ailələrin vətəni saymaq olar.









Sizin Reklam Yeriniz