news Image
2014.06.14
09:04
| A A A
Dairəvi yolda zəncirvari qəza (VİDEO)
Bakı dairəvi avtomobil yolunda minik avtomobili ilə iki ağır tonajlı avtomaşın toqquşub. 

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, dairəvi yolda, Yeni Yasamal massivi ərazisində, iki ağır tonajlı avtomaşınla, bir minik avtomobili toqquşub. Zəncirvari qəza nəticəsində "Şaqman"ın sürücüsü Yasin Salmanov yüngül bədən xəsarətləri alıb. Sürücülərin dediyinə görə, minik avtomobilinin sürücüsü maşını dairəvi yolda qadağan olunan yerdə saxlayaraq gedib. Elə qəza da bundan sonra baş verib. Zərərçəkən sürücülər də qəzaya səbəb kimi bu maşının sürətli yolda dayanmasından sonra yolun daralmasını əsas gətirirlər.

Avtoqəza nəticəsində dairəvi yolda uzunmüddətli tıxac yaranıb. Hadisə yerinə dərhal Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əmkdaşları cəlb olunub.

Daha sonra zərər dəymiş yük avtomobili hadisə yerindən kənarlaşdırılıb. Və yolda avtomobillərin hərəkəti tənzimlənib.

Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır. Müvafiq avtotexniki ekspertizalar təyin olunub. Fakta hüquqi qiymət ekspertlərin yekun rəyindən sonra veriləcək.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs