Əlaqə Arxiv
news Image
2014.06.14
11:00
| A A A
Bakı Almaniya avtobuslarında
"Bakı-2015" ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayım kampaniyasına Almaniyada yaşayan azərbaycanlılar da öz töhfəsini verib. Movqe.az Azərtac-a istinadn xəbər verir ki, Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən Alm.Az Cəmiyyətinin təşəbbüsü ilə iyunun 12-dən başlayaraq Drezden şəhərinin ictimai nəqliyyat vasitələrində birinci Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, gün ərzində 40-50 dəfə olmaqla 3 gün göstəriləcək və minlərlə sərnişinin görə biləcəyi videoçarxda Azərbaycanın, Bakının göz oxşayan görüntüləri, tarixi, mədəniyyəti, eləcə də oyunlara hazırlıq məqsədilə görülmüş işlər öz əksini tapıb. Alm.Az Cəmiyyətinin sədri Ağahüseyn Babayev bildirib ki, 55 saniyəlik videoçarxın hər ayın eyni günlərində 3 gün ərzində Drezdenin ictimai nəqliyyat vasitələrindəki monitorlarda nümayişi nəzərdə tutulur. Videoçarxın yayılmasında məqsəd birinci Avropa Oyunları öncəsi möhtəşəm idman yarışına ev sahibliyi edəcək Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliğ olunmasıdır.

Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. Bu oyunlar idmanın 19 növünü əhatə edəcəkdir. Onlardan 16-sı Olimpiya idman növü, 3-ü qeyri-olimpiya idman növüdür.

Sizin Reklam Yeriniz