news Image
2014.06.14
11:01
| A A A
İngiltərəli jurnalistin Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitabı təqdim olunub
Gürcüstan parlamentinin Tbilisidəki kitabxanasında ingiltərəli jurnalist Tomas de Vaalın "Qarabağ. Ermənistan və Azərbaycan sülh və müharibə şəraitində" kitabının təqdimatı keçirilib.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki , Sülh Naminə Barışıq Resursları təşkilatının dəstəyi ilə işıq üzü görən kitabın təqdimat mərasimində ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə gürcü ekspert Mixail Mirzaşvili, Azərbaycan təmsilçisi Təbib Hüseynov və başqaları çıxış edərək kitabla əlaqədar fikir və rəylərini bildiriblər.

Kitabın müəllifi ilk nəşrin 2003-cü ildə ingilis dilində işıq üzü gördüyünü, sonra yeniləşmiş formada rus dilinə tərcümə olunub çap edildiyini bildirib. O, kitabın birmənalı qarşılanmadığını, münaqişəyə cəlb olunmuş tərəflər arasında onu tənqid edənlərlə yanaşı, təqdir edənlərin də olduğunu qeyd edib. 

Kitabxananın böyük salonunda buna paralel olaraq "Assoşieyted Press" agentliyinin Qafqaz üzrə fotomüxbiri Şahvələd Eyvazovun və fotoqraf Qoqi Saqareişvilinin Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotoşəkillərdən ibarət sərgi də açılıb.

Tədbir iştirakçıları münaqişənin ilk illəri lentə alınmış fotoları maraqla nəzərdən keçiriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs