news Image
2014.06.14
12:08
| A A A
İŞİD “Allahu əkbər” deyib baş kəsir (18+ FOTO)
İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının etdiyi vəhşiliklər son bir neçə gündə dünya gündəmindən düşmək bilmir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İraqın bir neçə şəhərini ələ keçirərək Bağdada doğru irəliləməyə çalışan qruplaşma üzvlərinin vəhşiliyi artıq özləri üçün adi hala çevrilib. Belə ki, ötən gün İŞİD silahlılarının evlərində əsir saxladıqları iraq polisi rəisinin başını kəsdikləri zaman çəkilən video görüntülər yayılıb.

Onlar həmin görüntüləri "Bu da bizim çempionatımızdır, insan dərisindən top" qeydi ilə "Twitter" hesablarında paylaşıblar. 

İŞİD silahlıları ələ keçirdikləri şəhərlərdə qırğınlar törədir, önünə çıxan günahsız dinc əhalini incidərək öldürürlər. Əllərində bıçaq və silahla gəzən qruplaşma üzvləri "Allahu əkbər" deyərək, heyvan boğazı kimi insanların boğazını kəsirlər. 

İŞİD sözçülərindən biri bu vaxta qədər 1700 iraqlı hərbiçini, zabiti öldürüb başlarını kəsərək, dünya çempionatını bu şəkildə qeyd etdiklərini açıqlayıb.







Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs