news Image
2014.06.14
13:00
| A A A
Türklər Hollivud ulduzu ilə “soyqırımını” səhnələşdirir
Türkiyə 1915-ci il hadisələrinin 100-cü ildönümü ərəfəsində ciddi bir addım atmaq qərarına gəlib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, baş rolda məşhur Hollivud ulduzu Keyt Uinsletin iştirak edəcəyi "Hole In My Soul" ("Ruhumdakı boşluq") filmində erməni hadisələri səhnələşdiriləcək.

Filmdə ermənilərlə birlikdə türklərlə kürdlərin yaşadığı faciələrə diqqət çəkiləcək. Filmin mövzusu birinci dünya müharibəsinın çətin vaxtlarında yaşanan bir eşq hekayəsidir. Eşq hekayəsinin aktyorlarından biri erməni tibb bacısıdır. Erməni tibb bacısı rolunu Oskar mükafatı laureatı, "Titanik" filmindən Rouz obrazı ilə tanıdığımız aktrisa Keyt Uinslet canlandıracaq. Filmdə Uinslet ilə bərabər Hollivudun başqa bir ulduzu, aktyor Mark Volberq rol alacaq. 

Filmdə Türk, Kürd, erməni və digər etnik qrupların dinclik və dostluq içində yaşadıqlarından bəhs ediləcək. Lakin müharibənin o dincliyi necə pozduğuna, cəmiyyətə bərabərsizlik və döyüşlər meydana gətirdiyinə diqqət çəkiləcək və onların dərdlərinin ortaq olması vurğulanacaq.

Erməni hadisələrinin 100-cü ildönümündə yayımlanması gözlənilən filmin hekayəsi Vanda reallaşacaq. Hollivud şirkətlərindən biri tərəfindən çəkilən filmin çəkilişlərinin bir hissəsi isə Akdamar adasında, Ağrı və Ərzurumda baş tutacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs