Əlaqə Arxiv
news Image
2014.06.14
15:18
| A A A
Cəbhəyanı kəndlərə su xəttləri çəkilir (VİDEO)
Tovuzun cəbhəyani kəndlərində içməli su təchizatını yaxşılaşdırmaq üçün kokret addımlar atılıb. 

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, indəyədək Tovuzun cəbhə xəttində yerləşən Əlibəyli, Hacıalılı və Mülkülü kəndlərində su təchizatı sistemi olmayıb. 3 kənddə yaşayan 5 min 500-ə yaxın sakin içməli su tələbatını bulaqlardan su daşımaqla ödəyirdi. Bundan sonra isə kənd sakinləri fasiləsiz və təmiz su sarıdan əziyyət çəkməyəcək. "Azərsu"nun icra etdiyi layihəyə əsasən adları çəkilən kəndlərə su xəttləri çəkiləcək. Əlibəyli kəndində yeni çəkilmiş su təchizatı sistemi istifadəyə verildi. 

"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədovun sözlərinə görə, düşmənlə sərhəddə yerləşən Əlibəyli yaxınlığından subartezian quyusu qazılıb: "Quyu zonasında nasos stansiyası, transformator məntəqəsi və gözətçi otağı da yaradılıb. Hər birinin tutumu 100 kubmetr olan 2 su anbarı inşa edilib. 100 mm diametrli polad borularla 1.7 km uzunluğunda anbarlararası su xətti çəkilib. Bunun da nəticəsində 1000 nəfər ailənin su təchizatı yaxşılaşdırılıb".

Kənd ərazisində içməli su relyef baxımından daha yüksək ərazidə yerləşən anbarlardan özüaxımlı rejimdə verilir. Kənddə müxtəlif yerlərdə 20 su bulağı quraşdırılıb. Məlumata görə, işlərin davamı olaraq, Hacıalılı və Mülkülü kəndlərində də su təchizatı sistemi yaradılacaq və subartezian quyuları qazılacaq. 2 ədəd su anbarı və nasos stansiyasının da tikilməsi planlaşdırılır. Gələcəkdə hər 3 kənddə supaylayıcı şəbəkə yaradılacaq ki, bunun da hesabına 1120 ev təsərrüfatına birləşmə verilə biləcək.


Sizin Reklam Yeriniz