news Image
2014.06.14
15:09
| A A A
Futbol eşqi 250 km yol qət etdirdi
Braziliyada keçirilən futbol üzrə dünya çempionatında öz ölkəsini təmsil edən komandaya dəstək olmaq istəyən bir qrup kolumbiyalı futbol azarkeşi Braziliyaya qeyri-ənənəvi yolla gəlib.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , 13 nəfərdən ibarət bir qrup Kolumbiyadan Braziliyanın Juiz de Fora şəhərinə velosipedlə çatıb. 250 kilometrə yaxın məsafə qət edən futbol-sevərlər buradan Belu-Orizonti ştatına gedərək, bu gün Yunanıstanla keçiriləcək matçda Kolumbiyaya azarkeşlik edəcəklər.

"Biz mayın 23-dən yoldayıq. Şimaldan cənuba kimi bütün Kolumbiyadan, sonra isə Ekvador, Peru, Boliviya və Braziliyanın bir hissəsindən keçmişik. Kolumbiya komandasına dəstək olmaq üçün yola çıxmışıq və ümid edirik ki, onlar bu çempionatın yarımfinalına çıxacaqlar?", - deyə Heriberto Quzman adlı velosipedçi bildirib.

Kolumbiyadan Braziliyaya velosipedlə gələn azarkeşləri onların ailə üzvlərinin və dostlarının olduğu iki avtomobil də müşayiət edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs