Əlaqə Arxiv
news Image
2014.06.14
17:03
| A A A
Cəbhədə gərgin gecə
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.

Movqe.az xəbər verir ki ,Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.
Sizin Reklam Yeriniz