news Image
2014.06.14
15:06
| A A A
Ən böyük mavi almaz tapıldı
Cənubi Afrika Respublikasında indiyədək aşkar edilən mavi almazlardan ən böyüyü tapılıb. Çəkisi 122,52 karat olan nadir almaz paytaxt Pretoriyanın şimal-şərqində yerləşən Kullinan mədənində aşkar edilib. 

Zərgərlərin qiymətləndirməsinə görə, mavi almazın dəyəri elə həmin mədəndə tapılan 507 karatlıq ağ almazın rekordunu təzələyə bilər. 2010-cu ildə hərracda 35 milyon dollara satılan ağ almaz hələ ki, dünyanın ən bahalı qiymətli daşı sayılır. 

Movqe.az-ın Ans Press--ə istinadla verdiyi məlumata görə, indiyədək cəmi 3-4 ədəd mavi almaz tapılıb ki, onların da çəkisi ümumilikdə 100 karatdan çox olub. 

Mavi almaz almazların ən nadir və qiymətli növü sayılır, Cənubi Afrika Respublikasındakı Kullinan mədəni isə onların ən məşhur ocağı hesab edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs