Əlaqə Arxiv
news Image
2014.06.14
17:09
| A A A
ABŞ Suriya və İraqı bombalayacaq
ABŞ hökuməti Suriya və İraqı bombardman etməyi planlaşdırır. Movqe.az ANS PRESS-ə  istinadən xəbər verir ki ,bu barədə The  Guardian qəzeti ABŞ hökumətindəki mənbələrinə istinadən yazır.

Qəzetin yazdığına görə, rəsmi Vaşinqton münaqişələrin davam etdiyi Suriya və İraqda ekstremistlərin mövqelərini bombalamağı nəzərdən keçirir.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Barak Obamanın İraqda baş verənlərlə bağlı bəyanatında bildirilirdi ki, Vaşinqton bu ölkəyə qoşun göndərərək hərbi əməliyyatlarda iştirak etmək fikrində deyil. Onun sözlərinə görə, ABŞ İraqda kömək etmək üçün alternativ variantlar üzərində işləyir.

Qeyd edək ki, İraq Şam İslam Dövləti İraqın bir neçə şəhərini ələ keçirib. Hazırda ölkədə ordu qüvvələri ilə terrorçular arasında qızğın döyüşlər gedir.
Sizin Reklam Yeriniz