Əlaqə Arxiv
news Image
2014.06.14
18:09
| A A A
İlham Əliyev Barrozunu qəbul etdi
Prezident İlham Əliyevin və ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun respublikamıza səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından önəmi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sizin Reklam Yeriniz