news Image
2014.06.14
18:04
| A A A
Azərbaycanlı nazirin oğlu Türkiyədə qızıl adam oldu
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant Holding"in İdarə Heyətinin sədri Anar Məmmədova beynəlxalq "Yılın altın adamı" (İlin qızıl adamları) mükafatı verilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Anar Məmmədov bu mükafata Azərbaycan-Amerika Alyansının rəhbəri olaraq Amerikada Azərbaycan mədəniyyətinin tanınması, Qarabağ və Xocalı məsələsinin gündəmə gətirilməsi, bu mövzuda lobbiçilik üzrə göstərdiyi uğurlu fəaliyyətə görə layiq görülüb.

Anar bəy layiq görüldüyü bu mükafatı hər bir kəsin uğuru kimi qiymətləndirib: "Rəhbəri olduğum Azərbaycan-Amerika Alyansının ABŞ-da Qarabağ həqiqətləri və Xocalı soyqırmının tanıdılması istiqamətində fəaliyyəti Türkiyə mediasının diqqətindən də yayınmayıb. Belə ki, mən, bu gün Türkiyədə "İpək Yolu" Beynəlxalq Media Qrupu tərəfindən təsis edilmiş nüfuzlu "İlin altın adamı" mükafatına layiq görüldüm. Hesab edirəm ki, bu, təkcə mənim deyil, Azərbaycan-Amerika Alyansının simasında bizlərin hər birimizin uğurudur".

"İpək yolu" Media Qrupunun təsis etdiyi "İlin qızıl adamı" mükafatı artıq 11-ci ildir təqdim olunur. Mükafatının builki təqdimetmə mərasimi iyunun 13-də İstanbulda düzənlənib.

Bu nüfuzlu mükafata müxtəlif illərdə Türkiyə Cümhurbaşkanı Abdullah Gül, Baş nazirin köməkçisi Bülənt Arınc və digər görkəmli şəxslər layiq görülüblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs