Əlaqə Arxiv
news Image
2014.06.14
20:00
| A A A
İran ordusu İraqa girib?
"İran İŞİD-ə qarşı döyüşmək üçün İraqa hərbi dəstə göndərməyib". Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu İran xairici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan bəyan edib.

Onun sözlərinə görə, İraq Silahlı Qüvvələri İŞİD-ə qarşı mübarizə aparmaq qabiliyyətindədir. Bu səbəbdən İranın İraqa hərbi yardım etməyinə ehtiyac yoxdur: "İran əsgərləri İraqa girməyib".

Xatırladaq ki, mətbuatda İranın İŞİD-ə qarşı döyüşmək üçün İraqa 500 nəfərdən ibarət İnqilab Keşikçilərinin 3 birliyinin göndərdiyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, İran əsgərləri əsasən Diyala əyalətində İraq ordusunun tərkibində İŞİD-ə qarşı döyüşür.
Sizin Reklam Yeriniz