news Image
2014.06.14
22:00
| A A A
Böyük paradın önündəyik
Milli Qurtuluş günü münasibətilə motoyürüşə çıxan baykerlərimiz bu gün "Harley Devidson" festivalının rəsmi proqramının son gününə qatılacaqlar. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, festivalın son günündə möhtəşəm motoparad olacaq. Başda "Harley Davidson"un prezidenti olmaqla on minlərlə bayker motoparada qatılacaq. Azərbaycan nümayəndə heyəti motoparadın ilk sıralarında yer alacaq. Beləliklə, Azərbaycan bayrağı bu möhtəşəm Avropa paradının önündə dalğalanacaq! 

Qeyd edək ki, "Azərbaycanı Avropada tanıdaq!" devizi altında motoyürüş iyunun 7-də başlayıb. 10 000 km-lik motoyürüş "Harley Devidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçirilir. 

Dünyanın əksər ölkələrinin baykerlərinin bir araya gəldiyi "Harley Davidson" festivalında ilk dəfə olaraq Azərbaycanı "Harley Davidson"un Bakı klubu təmsil edir. "Harley Davidson"un Avropa nümayəndəliyi tərəfindən Azərbaycan nümayəndə heyəti ən uzun məsafə qət etdiyinə görə xüsusi diplomlarla təltif olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs