Əlaqə Arxiv
news Image
2014.06.15
15:13
| A A A
Paytaxtda növbəti Beynəlxalq teatr konfransı
Noyabrın 5-6-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində III Bakı Beynəlxalq teatr konfransı keçiriləcək.

Movqe.az-ın Bakı Beynəlxalq Teatr Konfransının rəsmi saytına istinadən məlumatına görə, builki konfransın əsas mövzusu "Multikulturalizm və ümumbəşəri dəyərlər sistemində teatrın yeri" adlanır.

Konfransın əsas məqsədi dünyanın görkəmli teatr sənətçilərinin və ekspertlərinin müasir teatrın qarşısında duran ümumi problemləri və imkanları müzakirə etmələrinə tribuna yaratmaqdır.

Noyabrın 4-də və 7-də teatr sənətinin müxtəlif sahələri üzrə ustad dərslərin, seminarların və treninqlərin keçirilməsi planlaşdırılır.
Sizin Reklam Yeriniz