Əlaqə Arxiv
news Image
2014.06.15
15:07
| A A A
Rusiyanın Ukraynadakı səfirliyinə hücum
Ukraynda helikopterin vurulması ilə əlaqədar millətçi fəallar Kiyevdə Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, aksiya zamanı zorakılıqlar qeyd alınıb. Fəallar rus diplomatların avtomobillərini aşırıb, səfirliyi yumurta atəşinə tutublar.

Helikopterin vurulması 4 aydır ki, davam edən silahlı qarşıdurmalar fonunda baş verən ən ağır itki olub.

Ölkə prezidenti Pyotr Poroşenko vəziyyətlə əlaqədar milli təhlükəsizlik şurasının fövqəladə iclasını keçirib. Poroşenko daha sonra çıxışı zamanı bildirib ki, hökumət hücumda əli olanları taparaq cəzalandıracaq. 

Poroşenko terrorçulara adekvat cavab verəcəklərini qeyd edib: "Luqansk və Mariupolda dəhşətli faciə baş verib. Sərhəd keşikçilərimiz və əskərlərimiz öldürülüb. Ukrayna xalqının müfadiəsi uğrunda ölənləri alqışlayıram. Ukrayna öz qəhrəmanlarına matəm tutur. Ukrayna ordusu bu gün ilk dəfə ciddi hücumla qarşılaşdı. Bizim silahlı qüvvələrimiz terrorçuları qovmağa başlamışdı. Mən orduya xüsusilə sərhəd bölgələri nəzarətə götürmək üçün tapşırıq vermişəm. Terrorçular bu bölgədən silah və maliyyə dəstəyi əldə edirlər. Son 4 gündə xüsusi əməliyyatlar nəticəsində Mariupolda, Luqansk və Donetskin 11 şəhərində sülh və asayiş bərpa olunub"

Mariupolda hərbi helikopterin vurulması nəticəsində 49 nəfər ölmüşdü.

Ötən gün, eyni zamanda, prezident sarayının yanında partlayıcı maddələr aşkarlanarq zərərdizləşdirilib. Bu barədə Yevranyuz telekanalı məlumat verib.
Sizin Reklam Yeriniz