Əlaqə Arxiv
news Image
2014.06.15
16:08
| A A A
Ukrayna ordusu Luqanskdakı separatçıları məhv etdi
Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçüləri Luqanskda yerləşən separatçılara məxsus iki döyüş postuna havadan atəşə açıblar. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bu barədə Ukraynada antiterror əməliyyatı haqqında məlumat qrupunun rəhbəri Vladislav Seleznyov açıqlama verib. O, qeyd edib ki, həmin ərazidə yerləşən separatçılara məxsus bütün hərbi bazalar məhv edilib.

Vladislav Seleznyov əməliyyatlar zamanı hələlik Ukrayana ordusunun itki vermədiyini də sözlərinə alavə edib: "Separatçıların bütün həmlələrinin qarşısı alınır"

Xatırladaq, bir neçə gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko xalqa müraciət edib. O müraciətində bildirib ki, ilk dəfə olaraq Ukrayna ordusu separatçılara qarşı əks-hücuma keçib.
Sizin Reklam Yeriniz