Əlaqə Arxiv
news Image
2014.06.15
21:18
| A A A
Xarkova gedənlərə xoş xəbər
İyun ayının 21-də Xarkov şəhərindən Bakıya yeni təyyarə reysi açılacaq. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasov xəbər yayıb.

O bildirib ki, Xarkov vilayətində yaşayan azərbaycanlıların çoxsaylı müraciətinə əsasən açılan Xarkov-Bakı, Bakı-Xarkov təyyarə reysini "Dniproavia" kompaniyası həyata keçirəcək.

Qurban Abbasov əlavə edib ki, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 40 minə yaxın azərbaycanlının, xüsusən də bu şəhərdə təhsil alan minlərlə azərbaycanlı tələbənin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.

"Dniproavia" şirkətinin kommersiya direktoru Sergey Pasılayevin verdiyi məlumata görə, Xarkov-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyun ayının 21-dən başlayaraq hər həftənin ikinci və 6-cı günləri yerli saatla 14-40-da həyata keçirəcək. 

"Biletin qiyməti sərnişinlərin istəyinə uyğundur. Belə ki, Kiyevdən Bakıya ikitərəfli uçuşun qiyməti 600 ABŞ dolları olduğu təqdirdə, Xarkov-Bakı, Bakı-Xarkov reysinin qiyməti 400 dollar təşkil edəcək. "Dniproavia" kompaniyası əlavə olaraq 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərini də güzəştli biletləri ilə sevindirəcək. Sərnişinlərin tələbini öyrənən "Dniproavia" kompaniyası gələcəkdə Azərbaycanın digər şəhərlərinə də uçuşlar etmək niyyətindədir. Xarkov-Bakı təyyarə reysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və istənilən avia bilet satışı agentliklərinə müraciət etməklə kompaniyanın xitmətlərindən yararlana bilərlər", - deyə "Dniproavia" şirkətinin kommersiya direktoru bildirib.

Qeyd edək ki, "Dniproavia" şirkəti may ayının 19-da Dnepropetrovsk şəhərindən Bakiya ilk uğurlu uçuşunu həyata keçirib.
Sizin Reklam Yeriniz