Əlaqə Arxiv
news Image
2014.06.15
22:23
| A A A
Şamaxıda ərzaq mağazası yanıb
Şamaxıda bu gecə yanğın hadisəsi qeydə alınıb. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə, mağazanın anbar otağında 6 kv.m sahədə ərzaq malları və anbarın tavanı 3 kv.m sahədə yanıb. Anbarın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sizin Reklam Yeriniz