İmişlidə ev yanıb
İmişli rayonunda yaşayış evində yanğın baş verib. Movqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata
görə, ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1
otağının tavanı və çardağı 40 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın
yanğınsöndürənlər tərəfindən söndürülüb.