Pakistan hərbçiləri 100-dək silahlını məhv edib
Pakistan Hərbi-Hava Qüvvələri ölkənin şimal-qərbində əməliyyat keçiriblər, nəticədə onlarla silahlı məhv edilib.
Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat taliblərin daha çox cəmləşdiyi Şimali Vəziristan bölgəsinin Dehgan rayonunda keçirilib.
Məlumata görə, aviazərbələrin əsas hədəfi özbək silahlıları olub. Məhz onların iyunun 8-də Kəraçi aeroportuna edilən hücumla əlaqəli olduğu ehtimal olunur.
"Assoşieyted Press"in məlumatına görə, hava zərbələrinin nəticəsində 100-dək silahlı məhv edilib.