news Image
2014.06.15
23:03
| A A A
YAP-ın təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Şamaxıda, "Şamaxı Palace" otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları iştirak etmişdir.

Tarixi bayram münasibətilə konfrans iştirakçılarını təbrik edən Azərbaycan Respublikası Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Əli Əhmədov demişdir ki, Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar idi.

Əli Əhmədov bildirmişdir ki, Azərbaycanın müasir tarixi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamışdır. Məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın təhlükələrdən qurtulduğunu qeyd edən YAP Sədrinin müavini, 15 iyun tarixinin Azərbaycan tarixində tutduğu yerdən danışmış və qeyd etmişdir ki, bu gün xalqımızın taleyində dönüş anı olmuşdur. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmişdir.Onun sözlərinə görə, bu qayıdış ölkəni ağır durumdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın təminatı olmuşdur. Ölkədə sabitliyin bərqərar olunması ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilmiş, iqtisadi tənəzzülün qarşısı alınmışdır. Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulmuşdur. Milli Qurtuluş günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur.

Hazırda Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayan Əli Əhmədov, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Natiq qeyd etmişdir ki, bu gün Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, paytaxtla bərabər regionlar da sürətli tərəqqi yolu ilə inamla addımlayır. Azərbaycanın regionun ən güclü dövlətlərindən biri olduğunu vurğulayan Əli Əhmədov qeyd etmişdir ki, insanların ölkəsinə, dövlətinə, Prezidentinə inamı artmışdır. O bildirmişdir ki, tədbirin Şamaxıda keçirilməsi Qurtuluşun Azərbaycanın regionlarına da müsbət təsirini ifadə etməkdir: "Bu gün Bakı şəhəri ilə yanaşı bölgələrimiz də sürətlə inkişaf edir. Ümumilikdə, ölkəmizdə insanların layiqli həyat şəraitinin təmin olunması üçün bütün işlər görülür".

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 15 İyun - Milli Qurtuluş gününün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında rolu barədə geniş danışmışdır. E.İbrahimov böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini açmışdır. Vurğulamışdır ki, Heydər Əliyev öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bu günü və sabahı görünür. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son yarıməsrlik tarixinin mərhələləri ilə üst-üstə düşür. Ona görə də ən yeni tariximizi Ümummilli lider Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir.

Milli Qurtuluş günündən sonra ümummilli lider Heydər Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutmasından, buna qədər Naxçıvanda Ali Məclisin sədri olarkən həyata keçirdiyi islahatlardan danışan komitə sədri bildirmişdir ki, Ulu öndər demokratik Azərbaycanın gələcək inkişaf istiqamətlərinin əsasını məhz bu qədim torpağımızda başlamışdır.

Tədbirdə daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış etmişdir. Bildirilmişdir ki, 21 il bundan əvvəl bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərərək Ulu öndər Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəldi və demək olar ki parçalanmış, bölünmüş Azərbaycanın xilaskarı oldu. Çıxışlarda bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələri faktlarla diqqətə çatdırılmışdır.

Tədbirin sonunda Azərbaycan Respublikası Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bir daha çıxış edərək Qurtuluş gününün müasir Azərbaycan tarixində əhəmiyyətindən bəhs etmiş, eyni zamanda partiya fəaliyyəti ilə bağlı öz tövsiyyələrini vermişdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs