news Image
2014.06.15
19:06
| A A A
Bu gün Azərbaycanda gimnastikanın inkişafı üçün gözəl şərait yaradılıb
"Üç gündür ki, hər gün gəlib bədii gimnastika üzrə Avropa çempionatına tamaşa edirik və çox bəyənirik". Movqe.az xəbər verir ki , bu barədə Trend-ə gimnastika həvəskarı Rüqayə Xanlarova deyib.

R.Xanlarova bildirib ki, Azərbaycan gimnastları da çox gözəl çıxış edirlər: "Mən bir ana kimi, Mehriban xanım Əliyevaya çox təşəkkür edirəm, çünki Mehriban xanım nəinki Bakıda, regionlarda da gimnastikanın inkişafı üçün gözəl şərait yaradıb".

Bir neçə il xaricdə yaşadığını deyən R.Xanlarova qeyd edib ki, Azərbaycanda gimastikanin inkişafı üçün yaradılan şərait xarici ölkələrdə belə yoxdur: "Xüsusilə də bu yeni Milli Gimnastika Arenası çox möhtəşəmdir. Heç mən xaricdə də belə gözəl arena görməmişəm. Ona görə də bütün xalqımız cənab Prezident İlham Əliyevi də, Mehriban xanımı da sevir. Bu gün Azərbaycanın hər yerində böyük idman kompleksləri tikilib və tikilməkdə davam edir. Halal olsun bizim prezidentimizə də, onun xanımı Mehriban xanıma da".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs