Azərbaycan dövləti dünyada və regionda artan nüfuza və gücə malikdir
Azərbaycan dövləti dünyada və regionda artan nüfuza və gücə malikdir. Bunu ABŞ-ın qeyri-hökumət tədqiqat mərkəzi olan Ceymstaun Fondunun prezidenti Qlen Hovard bildirib
O, söyləyib ki, Azərbaycanın geosiyasi, geoiqtisadi vəziyyəti və uğurları artıb. Onun sözlərinə görə, Azərbaycan indi Cənubi Qafqazda lider ölkədir və region iqtisadiyyatının 80 faizi ölkəmizin payına düşür. "Hazırda Avropanı düşündürən əsas məsələlərdən biri özünün enerji təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir. Azərbaycan isə mövcud neft və qaz kəmərlərindən başqa yeni enerji layihələrinin də işləkliyini təmin etmək üçün zəngin karbohidrogen ehtiyatlara malikdir. Amma Azərbaycan təkcə öz enerji resursları ilə deyil, həm də tranzit imkanları ilə Qərb üçün mühüm əhəmiyyət kəsb edir. Ölkənizin tranzit imkanları isə çoxşaxəlidir", - Qlen Hovard deyib.