Əlaqə Arxiv
news Image
2014.06.17
11:06
| A A A
Bu gün Sergey Lavrovun Azərbaycana rəsmi səfəri başlayır

Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfər edəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir.

 

Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.

 

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər.

 

"Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir", - deyə Rusiya XİN-də bildiriblər. 

Sizin Reklam Yeriniz