news Image
2014.06.17
10:12
| A A A
BMT: "Ukraynalı qaçqınların sayı 34 minə çatır"

Bunu BMT-nin humanitar yardım üzrə əlaqələndiricisi Valeri Eymos bəyan edib

34 minə yaxın Ukrayna vətəndaşı ölkənin şərqində davam edən hərbi əməliyyatlara görə evlərini tərk etmək məcburiyyətində qalıb. 


Bunu BMT-nin humanitar yardım üzrə əlaqələndiricisi Valeri Eymos bəyan edib. Onun sözlərinə görə, BMT-nin qaçqınlar üzrə agentliyində 19 min qaçqın barədə məlumat var. Daha 15 min nəfər BMT-nin bilavasitə müşahidə etmədiyi bölgələrdən qaçqın düşüb. 


2014-cü ilin mayında BMT Ukraynada 10 minə yaxın qaçqının olduğunu bildirmişdi. Həmin vaxt söhbət, ilk növbədə, Krım tatarlarından gedirdi. Hazırda isə Ukraynanın Donetsk və Luqansk vilayətlərində əhali atəşə tutulma və ərzaq çatışmamazlığı ilə üz-üzə qalıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs