Gədəbəydə keçmiş həyat yoldaşının başını gözəllik salonunda
kəsdikdən sonra qaçan Qasımov Elçin Fəxrəddin oğlu hüquq-mühafizə
orqanlarının əməkdaşları tərəfindən tutulub.
Movqe.az "Qafqazinfo"ya istinadən məlumatına
görə, o, Daşkəsən rayonunun ərazisində saxlanılıb. Belə ki,
E.Qasımov Daşkəsəndəki kilsədə gizlənirmiş. Məlumatda
bildirilib ki, E.Qasımov hadisədən sonra dükandan spirtli içki alıb
və içə-içə Daşkəsənə gedib.
Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir
övladlarının olduğu bildirilir. Faktla bağlı araşdırma
aparılır.Xatırladaq ki, iyunun 13-də rayonun Slavyanka kənd sakini,
1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat
yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın
başını kəsərək qətlə yetirib. Qeyd
edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir
azyaşlı övladı var. Faktla bağlı
Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi
ilə cinayət işi açılıb.