news Image
2014.06.17
10:27
| A A A
Bu rayonlarda qaz olmayacaq
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Neftçala rayonuna və Salyan rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Zərdab, saat 16:00-dan 18:00-dək İsmayıllı, saat 17:00-dan 19:00-dək Masallı rayonlarının bir hissəsinə qazın verilişində fasilələr olacaq. Bundan başqa yenidənqurma və təmir işləri ilə əlaqədar saat 18:00-dək Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlar olacaq.Eyni zamanda Z.Bünyadov prospektinə perpendikulyar yol qovşağının yenidən qurulması işləri aparılan zaman 315 mm-lik orta təzyiqli polietilen qaz kəmərinin zədələnməsi ilə əlaqədar saat 6:30-dan Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb. İşlər başa çatandan sonra həmin ərazinin təbii qaz təchizatı bərpa olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs