Əlaqə Arxiv
news Image
2014.06.17
12:10
| A A A
Yazıçıların qurultayı başladı – Toplantıya 300-dən artıq iştirakçı qatılıb
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) nöbəti qurultayı öz işinə başayıb.  Movqe.az AzNews.az-a istinadən xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qurultay nümayəndələri Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda həlak olanların məzarını ziyarət edərək, Əbədi Məşəl Abidəsinin önünə əklil qoyublar. Saat 11.00 radələrində öz işinə başlayan qurultayda 340 nəfər nümayəndə iştirak qatılıb. Qurultayda AYB-nin ötən dövr ərzindəki fəaliyyəti təhlil olunacaq, qurumun rəhbər heyəti seçiləcək, o cümlədən gələcək fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Qurultaya qonaq qismində dünyanın tanınmış yazıçıları, ədiblər də qatılıb. Qeyd edək ki, AYB-in qurultayı Akademik Dövlət Dram Teatrında keçirilir. 
Sizin Reklam Yeriniz